Azərbaycan İsraillə elm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

8-04-2025, 12:14 9 dəfə baxılıb

Azərbaycan İsraillə elm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və İsrail arasından elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

“İsrailə səfər çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirdik. İnnovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini müzakirə etdik. İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət etdik”,- deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031