Türkiyə lideri: Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik

11-04-2025, 17:26 3 dəfə baxılıb

Türkiyə lideri: Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik

Türkiyə ABŞ və Rusiya daxil olmaqla Suriya məsələsi ilə bağlı bütün aktorlarla sıx təmas içərisindədir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında danışıb.

“Suriyadakı gərginlikdən, münaqişədən ən çox təsirlənən dövlət olmuşuq. Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik. Suriyanın ərazi bütövlüyünü özümüzünkündən ayrı görmürük. Suriya xalqı zülm və müharibədən bezib. Onlara belə bir şeyi təkrar yaşatmaq istəyənlər mövqeyimizi nəzərə almalıdır”, - o əlavə edib.

R.T.Ərdoğan bildirib ki, Türkiyənin təmkinli davranışları başqalarına fürsət kimi görünməməlidir:

“Türkiyə bütün bölgə xalqları üçün sülh, rifah, təhlükəsizlik, sabitlik istəyir. Bölgədə Türkiyə ABŞ və Rusiya da daxil olmaqla, Suriya məsələsi ilə bağlı bütün aktorlarla sıx təmas içərisindədir”.

O, Qəzza məsələsindən də söz açaraq bildirib ki, Türkiyə Fələstinə 101 min tondan çox humanitar yardım göstərib və bunu davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930