Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda İdarə Heyətinin həmsədri dəyişib

14-04-2025, 14:15 12 dəfə baxılıb

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda İdarə Heyətinin həmsədri dəyişib

Almaz Mambetov Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin həmsədri vəzifəsindən azad edilib.

Bu barədə Qırğızıstan KİV-ləri bu ölkənin Nazirlər Kabinetinin müvafiq sərəncamına istinadən məlumat yayıb.

Məlumata görə, onun yerinə Zamirbek Osmonov üç il müddətinə təyin edilib. O, əvvəllər İqtisadi sahədə Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidmətinin sədri, Dövlət Vergi Xidmətinin rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon dollar təşkil edib, 2024-cü ildə onun 4 dəfə - 100 milyon dollara qədər artırılması barədə qərar qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930