Zelenski: Ukraynanın ABŞ-dan aldığı yardımın ümumi məbləği 105 milyard dollardır

25-04-2025, 07:59 5 dəfə baxılıb

Zelenski: Ukraynanın ABŞ-dan aldığı yardımın ümumi məbləği 105 milyard dollardır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin indiyədək ABŞ-dan aldığı yardımın ümumi məbləğini açıqlayıb.

Zelenski bu barədə amerikalı jurnalist Ben Şapiraya verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, bu rəqəm 105 milyard dollar təşkil edir.

Dövlət başçısı bildirib ki, yardım tam şəffaf şəkildə sənədləşdirilir və əsas hissəsi hərbi təyinatlıdır.

“Mənim ölkəm nə qədər yardım aldığını açıq şəkildə sənədləşdirir. Bildiyiniz kimi, biz 105 milyard dollar almışıq. Bunun da böyük hissəsi silah şəklində olub”, – deyə Zelenski qeyd edib.

Ukrayna lideri əlavə edib ki, bu silahlar birbaşa döyüş meydanında istifadə olunub. O, bəzi KİV-lərdə yayılan, guya bu silahların bir hissəsinin başqa ölkələrə ötürülməsi ilə bağlı iddiaları isə qəti şəkildə təkzib edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031