Pakistan Hindistanla münaqişənin nüvə qarşıdurmasına çevrilə biləcəyinə dair xəbərdarlıq edib

25-04-2025, 10:54 6 dəfə baxılıb

Pakistan Hindistanla münaqişənin nüvə qarşıdurmasına çevrilə biləcəyinə dair xəbərdarlıq edib

Pakistan Hindistanın mümkün hərbi hücumuna qarşı hazırlıqlara başlayıb və belə bir ssenaridə tam gücü ilə cavab verəcəyini bəyan edib.

Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

Nazir bildirib ki, “dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir”.

Onun sözlərinə görə, həm Pakistan, həm də Hindistan nüvə silahına malik dövlətlərdir və bu, vəziyyəti daha da təhlükəli edir.

“Hindistanın başlatdığı hər hansı bir hərəkətə tam güclə cavab veriləcək. Əgər hücum etsələr və ya buna bənzər bir addım atsalar, bu, böyük bir qisasla nəticələnəcək. Belə bir qarşıdurma açıq şəkildə genişmiqyaslı müharibəyə çevriləcək. Nüvə silahına sahib ölkələr arasında yaranan gərginlik hər zaman narahatedicidir. Dünya bu məsələyə diqqət yetirməlidir. Bu, iki nüvə dövlətidir – əgər vəziyyət nəzarətdən çıxsa, nəticələr fəlakətli ola bilər”, – Pakistan müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, aprelin 22-də Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı şəxslər bir qrup turistə atəş açıb, ən azı 26 nəfər ölüb, 17 nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930