Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq

29-04-2025, 14:42 7 dəfə baxılıb

Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq

Ermənistan sülh gündəliyini irəli aparmaq niyyətində qətiyyətlidir və sülh prosesində konstruktiv iştirakını davam etdirəcək.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə bəyanatında bildirib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Prezidentin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına ümid edir.

"Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir. Biz Gürcüstanın üçtərəfli əməkdaşlıq platformalarının yaradılması təşəbbüslərini alqışlayır, əməkdaşlıq yollarının tapılmasında və birgə iqtisadi layihələrin həyata keçirilməsində Gürcüstanın rolunu qiymətləndiririk", - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930