Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

7-05-2025, 18:29 8 dəfə baxılıb

Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

Sabahdan IV və VI siniflər üzrə şagird yerdəyişməsi müvəqqəti dayandırılır.

Bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də IV, 18-də isə VI sinif şagirdləri üçün ölkə üzrə monitorinqlər keçiriləcək.

Monitorinqə hazırlıq prosesinin şəffaf və fasiləsiz təşkili məqsədilə mayın 8-də saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra qeyd edilən siniflər üzrə şagird yerdəyişməsi yenidən aktiv ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930