Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını "sadəlövh" adlandırıb

15-05-2025, 13:15 9 dəfə baxılıb

Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını "sadəlövh" adlandırıb

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında nüvə razılaşması ilə bağlı danışıqlarda irəliləyişin olması barədə açıqlamalarının "sadəlövh" olduğunu bildirib.

Pezeşkian bununla Trampın iki ölkənin "razılaşma əldə etməyə yaxın olması" barədə sözlərini təkzib edib.

O vurğulayıb ki, Tehran xarici təzyiq qarşısında geri çəkilməyəcək.

"Əgər o, regionumuza gələrək bizi təhdid edə biləcəyini, bizimsə öz prinsiplərimizdən imtina edəcəyimizi düşünürsə, sadəlövhdür. Biz heç vaxt ləyaqətimiz mövzusunda sövdələşməyəcəyik", - prezident bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031