Bahar Muradova: Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir

15-05-2025, 15:55 5 dəfə baxılıb

Bahar Muradova: Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir

Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bunu həyata keçirmək üçün xüsusi proqram hazirlana bilər:

"Problem budur ki, həmin təhsil müəssisələrində yüksək nailiyyətlərə imza atan şagirdlər öz tarixinə, mədəniyyətinə yetərincə bələd olmur. Ona görə bu kimi istiqamətlərdə dərsliklərin Azərbaycan dilində olması vacibdir. Bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birlikdə işləməliyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031