Azərbaycan və Moldovanın tənzimləmə qurumları memorandum imzalayıb

20-05-2025, 17:25 9 dəfə baxılıb

Azərbaycan və Moldovanın tənzimləmə qurumları memorandum imzalayıb

Bu gün Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Moldovanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memorandum ANRE-nin baş direktoru Aleksey Taranın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin baş direktoru Aleksey Taran imzalayıblar.

Anlaşma memorandumu ikitərəfli və regional enerji bazarının tənzimlənməsi məsələləri üzrə birbaşa dialoq qurmaq və inkişaf etdirmək, regional enerji bazarına təsir edən təcili və ya fövqəladə hallar zamanı səmərəli məlumat mübadiləsini təmin etmək, eləcə də tənzimləyici islahatların hazırlanması və həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq üçün müxtəlif tədbirlər təşkil etməklə əməkdaşlığı möhkəmləndirmək məqsədini daşıyır.

Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında qaz bazarının monitorinqinin cari problemləri və həlli yolları, eləcə də bərpa olunan mənbələrin şəbəkəyə inteqrasiyası və payının artırılması, həmçinin enerji dayanıqlığını gücləndirmək üçün tədbirlər ilə bağlı müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930