KİV: Son 24 saatda Qəzzada təxminən 100 nəfər ölüb

21-05-2025, 09:01 11 dəfə baxılıb

KİV: Son 24 saatda Qəzzada təxminən 100 nəfər ölüb


Son 24 saatda İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 98 nəfər ölüb.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Telekanala görə, son 24 saat ərzində daha təxminən 300 nəfər yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin statistikasına görə, İsrailin martın 18-də bölgədə döyüş əməliyyatlarını bərpa etdiyi vaxtdan 3 427 nəfər öldürülüb, 9 647 nəfər yaralanıb. 2023-cü ilin oktyabrında Fələstin – İsrail münaqişəsinin kəskinləşməsindən bəri ölənlərin sayı 53 573-ə, yaralananların sayı isə 121 688 nəfərə çatıb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək anklava kütləvi zərbələr endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930