Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

22-05-2025, 16:50 3 dəfə baxılıb

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Xəzər dənizində suyun səviyyəsinin azalması ən azı növbəti 10-15 il ərzində proqnozlaşdırılır.

Bunu ölkənin Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin (“Roshidromet”) rəhbəri İqor Şumakov Sankt-Peterburqda keçirilən XI Nevski Beynəlxalq Ekoloji Konqresində bildirib.

"İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun modellərinə əsaslanan proqnozlar göstərir ki, qlobal iqlim dəyişikliyi tendensiyaları davam edəcək. Bu o deməkdir ki, Xəzəryanı regionda növbəti 10-15 ildə ətraf mühitin təbii dəyişiklikləri hava temperaturunun artması, çay axınının azalması və müvafiq olaraq Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi fonunda baş verəcək", - o qeyd edib.

İ.Şumakovun sözlərinə görə, son illərdə tədqiqatçılar Xəzərin su səthində suyun temperaturunun artmasını və buxarlanmanın çoxalmasını qeydə alırlar. O, Xəzər dənizinin səviyyəsinin azalması dövründə uyğunlaşma tədbirləri kompleksinin qəbul edilməsinin zəruriliyini bildirib. İ.Şumakov Xəzərin qorunması üzrə tədbirlərin həyata keçirilməsində bütün Xəzəryanı dövlətlərin fəal işinin vacibliyini vurğulayıb.("Report")






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930