Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb

24-05-2025, 13:52 5 dəfə baxılıb

Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq Rusiya ilə Ukrayna arasında mayın 23-də baş tutmuş əsir mübadiləsini İstanbul danışıqlarının ən müsbət nəticəsi adlandırıb.

O, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Ukrayna və Rusiya arasında keçən həftə İstanbulda baş tutmuş texniki danışıqların ən müsbət nəticəsi hər tərəfdən planlaşdırılmış şəkildə 1000 hərbi əsirin geri qaytarılması olub ki, artıq 400-dən çox əsirin geri qayıdışı baş tutub”, - o yazıb.

Kelloq bu nəticənin əldə edilməsində Ukraynanın müdafiə naziri Rustem Umerovun mühüm töhfəsini də qeyd edib.

“Bizə atəşkəs lazımdır - qətllər dayandırılmalıdır”, - Kelloq əlavə edib.

Xatırladaq ki, mayın 23-də Tramp Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəlindiyini açıqlayıb. Bundan bir müddət sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski mübadilənin ilk günü ərzində 390 nəfərin Ukraynaya qayıtdığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930