Pakistan Baş naziri İranda səfərdədir

26-05-2025, 16:35 6 dəfə baxılıb

Pakistan Baş naziri İranda səfərdədir

 
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianın rəsmi dəvəti ilə Tehranda səfərdədir.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Şahbaz Şərifi Tehran Mehrabad hava limanında İranın daxili işlər naziri İsgəndər Mömini qarşılayıb.

Səfər proqramına əsasən, Baş nazir ikitərəfli münasibətlər, son regional və beynəlxalq problemlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə yüksək səviyyəli İran rəsmiləri ilə danışıqlar aparacaq.

Bildirilib ki, Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkian ilə görüşəcək.

Məlumata görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi üç milyard dolları keçib.

Qeyd edək ki, Pakistan baş nazirinin dörd ölkəyə - Türkiyə, İran, Azərbaycan və Tacikistana səfəri mayın 25-də başlayıb, mayın 29-dək davam edəcək.

Səfərdən əvvəl Məhəmməd Şahbaz Şərif İslamabaddakı IRNA müxbirinə verdiyi eksklüziv müsahibədə bildirib ki, Tehrana səfərinin əsas məqsədi Pakistan və Hindistan arasında son münaqişələr zamanı İranın sülhsevər mövqeyini qiymətləndirmək olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930