Fidan: Türkiyə Azərbaycanın regionda sülh ilə bağlı səylərini alqışlayır

27-05-2025, 14:46 4 dəfə baxılıb

Fidan: Türkiyə Azərbaycanın regionda sülh ilə bağlı səylərini alqışlayır


Türkiyə Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün təmin edilməsi istiqamətindəki səylərini alqışlayır.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

"Cənubi Qafqazdakı vəziyyət hər iki ölkəyə təsir edir. Ankara və Moskva Cənubi Qafqaz regionunda sülh prosesinə dəstəklərini ifadə edirlər. Biz həmçinin Azərbaycanın regionda sülhün təmin edilməsinə yönəlmiş mühüm addımlarını alqışlayırıq", - H.Fidan bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031