Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır

28-05-2025, 17:03 13 dəfə baxılıb

Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır

Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır.

Bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın qələbəsi geosiyasi vəziyyəti dəyişdi və yeni reallıqlar yaratdı:

“Birgünlük antiterror əməliyyatımız isə suverenliyimizi bərpa etdi və ərazilərimizdə separatizmin kökünü tamamilə kəsdi. Bu gün bərpa-quruculuq işləri həyata keçirilir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır. İşğaldan azad olunan ərazilərə həyat qayıdıb. Biz Ermənistan ordusunu məğlub etdik və bununla Azərbaycan xalqı fəxr edir. Biz müzəffər xalqıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031