Məsud Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

3-06-2025, 16:36 5 dəfə baxılıb

Məsud Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

İran Prezidenti Məsud Pezeşkian iyunun 3-də bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Məsud Pezeşkian ölkəsinin yeni səfirlərinin yolasalma mərasimində müxtəlif ölkələrlə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsindən bəhs edib:

“Siz səfirlər İran İslam Respublikasının dünya ilə münasibətlərinin və qarşılıqlı əlaqələrinin genişləndirilməsinin ön xəttindəsiniz”.

Vurğulanıb ki, İran Prezidenti Azərbaycanla yanaşı, Kot-dİvuar, Meksika, Kuba və Uruqvaya da yeni təyin olunmuş səfirləri qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031