“Qarabağ”ın qazancı 55 milyonu keçdi

4-10-2025, 11:05 121 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinə iki qələbə ilə başlayıb.

“Azerinews.az” ın  məlumatına görə, “Benfika”nı 3:2, “Kopenhagen”i 2:0 məğlub edən Ağdam klubu ümumilikdə 4,2 milyon avro (8 milyon 300 min manat) əldə edib.

Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.

Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinə düşdüyünə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son iki qələbə ilə birlikdə 27,97 milyon avro (55,8 milyon manat) çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930