Zədələndiyinə görə heyətdən çıxarıldı

6-10-2025, 19:54 84 dəfə baxılıb

 

“Fənərbaxça” klubunda “Samsunspor”la keçiriləcək qarşılaşma öncəsi gözlənilməz hadisə yaşanıb.

“Azerinews.az” Türkiyə mediasına istinadla xəbər verir ki, komandanın braziliyalı qolkiperi Ederson Moraes məşq zamanı zədə alıb.

Klubun məlumatına görə, futbolçu bu gün ağrılar səbəbindən Samsunda MRT müayinəsindən keçib. Aparılan müayinə nəticəsində qapıçının arxa əzələsində qanaxma müəyyən edilib.

Məlumata əsasən, braziliyalı qapıçının yerinə “Samsunspor”la görüşdə Tarık Çetin meydana çıxacaq. Komandada zədəlilər sırasına daxil olan digər qapıçı İrfan Can Eğribayat isə matçın heyətində yer almayacaq.

Braziliya Futbol Federasiyası da Edersonun vəziyyəti ilə bağlı açıqlama yayıb. Qurum futbolçunun məşq zamanı zədələndiyini və bu səbəbdən milli komandanın heyətindən çıxarıldığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930