"Əgər mümkün olsaydı, yalnız millidə oynayardım"

9-10-2025, 11:44 3 dəfə baxılıb

 

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbolçu karyerası ilə bağlı açıqlama verib.

“Azerinews.az” xəbər verir ki, 40 yaşlı hücumçu “Portugal Football Globe” mükafatlandırma mərasimində çıxışı zamanı yalnız milli komandada oynamaq istədiyini bildirib.

"Artıq 22 ildir ki, yığmadayam. Bu, mənim bu forma, qələbələr və ümumilikdə milli komandanın oyunlarına olan sevgimdən xəbər verir. Əgər bu mümkün olsaydı, yalnız millidə oynayardım, heç bir klubda yox. Milli komanda futbolçunun karyerasının zirvəsidir”, – deyə Ronaldo vurğulayıb.

Qeyd edək ki, mərasimdə o, milli komandadakı nailiyyətlərinə və uzun illər ərzində göstərdiyi xidmətlərə görə “Globo Prestigio” mükafatına layiq görülüb.

Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin heyətində Avropa çempionu və Millətlər Liqasının ikiqat qalibi olub. Ulduz futbolçu millidə keçirdiyi 223 oyunda 141 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930