Azərbaycan Premyer Liqasında XXI tur Qəbələdə başa çatacaq

5-02-2024, 12:03 2 dəfə baxılıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

"Azerinews.az"ın məlumatına görə, sonuncu oyunda "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.

Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.

Azərbaycan Premyer Liqası

XXI tur

5 fevral

15:00. “Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, XXI turda "Qarabağ" "Səbail"i, "Sumqayıt" isə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib. "Sabah" - "Turan Tovuz" və "Qəbələ" - "Zirə" matçları 1:1 hesabı ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930