Azərbaycan idmançıları beynəlxalq turnirdə daha 2 qızıl medal qazanıblar

30-10-2025, 20:44 98 dəfə baxılıb

 

Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə daha 2 qızıl medal qazanıblar.

"Azerinews.az"  xəbər verir ki, qoşa yarışlarda qüvvəsini sınayan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qazaxıstanlı və özbəkistanlı rəqiblərini məğlub edərək birinci yeri tutublar.

Qeyd edək ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda daha əvvəl Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanaraq himnimizi səsləndirib, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Azərbaycan idmançıları beynəlxalq turnirdə daha 2 qızıl medal qazanıblar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930