Kriştianu Ronaldu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib

4-11-2025, 01:27 6 dəfə baxılıb

 

Portuqaliya yığmasının və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu "İnter Mayami" komandasının və Argentina yığmasının futbolçusu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib.

"Azerinews.az" xəbər verir ki, ulduz forvard bu məsələyə jurnalist Pirs Morqana müsahibəsində toxunub.

O, jurnalistin "Belə bir fikir var ki, Messi səndən daha yaxşıdır. Bəs sən nə düşünürsən?" sualına cavab verərkən belə deyib:

"Messinin məndən daha yaxşı futbolçu olduğu fikri ilə razı deyiləm. Təvazökarlıq etmək istəmirəm".

Qeyd edək ki, iki ulduz futbolçu arasında ən güclü rəqabət Ronaldunun "Real Madrid", Messinin isə "Barselona"da oynadığı dövrdə yaşanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930