Məşhur fransız hücumçu təcavüzdə ittiham olunur
Təcavüzdə ittiham olunan "Monako"nun və Fransa millisinin keçmiş hücumçusu Vissam Ben Yedder hakim qarşısına çıxacaq.
"Azerinews.az" xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilib ki, Vissam Ben Yedder və qardaşı "təcavüz", "təcavüzə cəhd" və "cinsi təcavüz" maddələri ilə ittiham olunurlar.
Hər iki qardaş 2023-cü ilin yayından bəri Monako yaxınlığında kirayə mənzildə baş verən hadisələrlə bağlı iki qadının şikayətindən sonra rəsmi istintaq altındadır.
Qeyd edək ki, bu, Ben Yedderin ilk məhkəməsi deyil. O, sentyabrın əvvəlində Nitsa məhkəməsi tərəfindən boşanma prosesində olan həyat yoldaşına qarşı psixoloji zorakılığa görə 90 min avro (105 min dollar) cərimələnib. Həmçinin 2023-cü ildə İspaniya məhkəməsi tərəfindən 2016-19-cu illərdə Sevilyada çıxış edən zaman vergi fırıldaqçılığına görə altı aylıq şərti həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Ben Yedder hazırda Türkiyənin "Sakaryaspor" klubunda oynayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: