Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı

11-11-2025, 14:38 6 dəfə baxılıb

 

Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

“Azerinews.az” xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüş Monteneqro və Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Montenerolu Baş hakim Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

VAR-da isə serbiyalı Momçilo Markoviç ilə Aleksandar Jivkoviç olacaqlar.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930