Almaniya və Xorvatiyadan qələbə, Niderland xal itirdi - DÇ-2026

15-11-2025, 08:01 5 dəfə baxılıb

 

DÇ-2026-nın seçmə mərhələ oyunları davam edir.

“Azerinews.az” xəbər verir ki, bu gün Avropa zonası üzrə 6 qarşılaşma keçirilib.

A qrupunda Almaniya və Slovakiya növbəti qələbələrini qazanıblar. 5 turdan sonra hər iki komanda 12 xala sahibdir. Qrup qalibinin adına son turda bu iki komanda arasında keçiriləcək görüşdə aydınlıq gələcək. 

G qrupunda favoritlər - Polşa və Niderlandın qarşıdurmasında qalib müəyyənləşməyib. Bu qrupda da qalibin adı son turda bilinəcək. 

L qrupunda isə qalib müəyyənləşib. Öz meydanında Farer adalarını məğlub edən Xorvatiya qrup liderliyini, avtomatik olaraq mundiala vəsiqəni təmin edib. Bu tur meydana çıxmayan Çexiyanın isə qrup ikincisi olacağı dəqiqləşib. 

14 noyabr

A qrupu

Lüksemburq - Almaniya - 0:2

Qollar: Nik Voltemade, 49; 69

Slovakiya - Şimali İrlandiya - 1:0

Qol: Tomas Bobçek, 90+1

G qrupu

Finlandiya - Malta - 0:1

Qol: Cek Qreş, 81

Polşa - Niderland - 1:1

Qollar: Yakub Kaminski, 43 (1:0), Memfis Depay, 47 (1:1)

L qrupu

Cəbəllütariq - Monteneqro - 1:2

Qollar: Liam Jessop, 20 (1:0), Vasilije Adziç, 33 (1:1), Nikola Krstoviç, 42 (1:1)

Xorvatiya - Farer adaları - 3:1

Qollar: David Turi, 16 (0:1), Yosko Qvardiol, 23 (1:1), Petar Musa, 57 (2:1), Nikola Vlasiç, 70 (3:1)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930