Holand Levandovskinin rekordunu təkrarladı

17-11-2025, 13:34 7 dəfə baxılıb

 

Norveç millisinin hücumçusu Erlinq Holand dünya çempionatının seçmə mərhələlərində Avropa zonası üzrə ən çox qol vuran futbolçular arasında rekordu təkrarlayıb.

"Azerinews.az" xəbər verir ki, "Mançester Siti"nin ulduz forvardı DÇ-2026-nın seçmə mərhələsinin İtaliya yığması ilə səfər oyununda (4:1) iki qol vurub. Bununla da Holand cari sikldə qollarının sayını 16-ya çatdıraraq, polşalı Robert Levandovskinin DÇ-2018-in seçmə mərhələsində əldə etdiyi nəticəni təkrarlayıb. Portuqaliyalı Kriştianu Ronaldu DÇ-2018-in seçmə oyunlarında 15 qol vurmaqla Levandovskidən 1 top geri qalmışdı.

İran millisinin keçmiş üzvü Kərim Baqeri dünya çempionatının seçmə mərhələlərində ən çox qol vuran futbolçudur. O, DÇ-1998-in seçmə oyunlarında 19 dəfə rəqib qapılarına yol tapmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031