Azərbaycan millisinin futbolçusu U-21-in heyətinə cəlb edilib

17-11-2025, 20:02 10 dəfə baxılıb

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu dəvət olunub.

"Azerinews.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı əsas yığmanın düşərgəsində olan "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.

Qeyd edək ki, U-21 komandamız noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsində Cəbəllüttariq yığması ilə səfərdə qarşılaşacaq.

Xatırladaq ki, Rüfət Abbasov Azərbaycan millisinin İslandiya yığmasına qarşı 2:0 hesabı ilə uduzduğu oyununda da əsas heyətdə meydana çıxmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031