“Barselona”nın sabiq hücumçusunun istefası qəbul edilmədi

6-02-2024, 15:46 5 dəfə baxılıb

 

2004-2009-cu illərdə “Barselona” klubunun hücumçusu olmuş, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'O vəzifəsini tərk etmək qərarına gəlib.

Artıq Samuel Eto'O ərizəsini Kamerun Futbol Federasiyasına təqdim edib, lakin federasiyanın icraiyyə komitəsi keçmiş futbolçunun istefasını qəbul etməyib.

Qeyd olunur ki, icraiyyə komitəsinin üzvləri yaxın günlərdə yenidən Samuel Eto'O  ilə görüşüb sözügedən məsələni müzakirə edəcəklər.

Məlumat üçün əlavə edək ki, 2014-2018-ci illərdə Türkiyədə top qovan Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.

Mənbə: Fecafoot






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930