Konte “Qarabağ”ı sürpriz komanda adlandırdı

23-11-2025, 16:54 10 dəfə baxılıb

 

"Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasının 12-ci turunda “Atalanta” üzərində (3:1) hesablı qələbəsini şərh edib.

“Azerinews.az” “Football İtalia”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb:

“İndi bizi bu mövsüm Çempionlar Liqasının sürpriz komandası olan “Qarabağ”la oyun gözləyir. Özümüzə gəlməli və yeni bir çətinliyə hazırlaşmalıyıq”.

“Atalanta” üzərində qələbə qazanan “Napoli” turnir cədvəlinin zirvəsinə qayıdıb.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 26-da Dieqo Armando Maradona stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031