Osimhen daha bir oyunu buraxacaq

24-11-2025, 12:54 6 dəfə baxılıb

 

Türkiyə Superliqasında "Gençlerbirliği" ilə matçda zədə səbəbindən meydana çıxa bilməyən "Qalatasaray"ın futbolçusu Viktor Osimhenin son durumu bəlli olub.

"Azerinews.az"  "Sabah" qəzetinə istinadla xəbər verir ki, Osimhen Çempionlar Liqasında "Royal Union" ilə matçda iştirak etməyəcək.

Nigeriyalı forvard müalicədən sonra məşqlərini zalda davam etdirir. Lakin "Fənərbağça" derbisində iştirakı hələ də sual altındadır.

Qeyd edək ki, Superliqanın XIV turu çərçivəsində dekabrın 1-də "Fənərbağça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031