Toyları Madeyra adasında olacaq

25-11-2025, 16:45 5 dəfə baxılıb

 

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcinа Rodrigezin toyu Portuqaliyanın Madeyra adasında baş tutacaq.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Jornal da Madeira” nəşri yazıb.

Məlumata görə, toy mərasimi Ronaldonun doğulduğu Funşal şəhərinin kilsəsində keçiriləcək, sonra isə lüks hoteldə davam edəcək. 

Daha əvvəl Ronaldo britaniyalı jurnalist Pirs Morqanla söhbəti zamanı toy mərasiminin gələn ilin 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq futbol üzrə Dünya Çempionatından sonra keçiriləcəyini söyləmişdi

Xatırladaq ki, Corcina bu ilin avqustun 11-də instaqram hesabında etdiyi paylaşımda Kriştianonun ona evlilik təklif etdiyini açıqlamışdı. 9 ildir birlikdə olan cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930