Avropa çempionatı: Azərbaycanın daha iki boksçusu yarımfinala yüksəlib

27-11-2025, 13:59 6 dəfə baxılıb

 

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

"Azerinews.az" xəbər verir ki, döyüşlərin yekununa əsasən, Azərbaycan millisinin daha iki idmançısı yarımfinala yüksəlib.

Sübhan Mamedov (50 kiloqram) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək.

Səbuhi Əlizadə (+90 kiloqram) də 1/4 final döyüşünü öz xeyrinə bitirib. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna) ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.

Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn idmançılarımızın sayı 3-ə yüksəlib. Daha öncə Tağı Nəsibov (60 kq) bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 28-də olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930