Hakimləri təhqir edən futbolçular, məşqçilər və klub rəsmisi - Cəzalandırıldı

27-11-2025, 14:09 6 dəfə baxılıb

 

AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyevi 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülovu isə 5 oyunluq diskvalifikasiya edib.

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930