Türkiyə Superliqası: "Fənərbağça" - "Qalatasaray" matçında qalib olmadı

2-12-2025, 00:09 6 dəfə baxılıb

 

Türkiyə Superliqasında 14-cü turun mərkəzi qarşılaşması başa çatıb.

"Azerinews.az" xəbər verir ki, İstanbul derbisində "Fənərbağça" əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.

Matçda qalib müəyyənləşməyib. 27-ci dəqiqədə qonaqlardan Leroy Sane çərçivəni dəqiq nişan alıb.

Meydan sahibləri bu qolun əvəzini yalnız 90+5-ci dəqiqədə çıxmağı bacarıblar. Con Duranın qolu "sarı-lacivərdlər"i məğlubiyyətdən xilas edib - 1:1.

Hazırda "Qalatasaray" 33 xalla turnir cədvəlinin lideridir. "Fənər" isə 32 xalla 2-ci pillədə qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930