Koxalski qışda “Qarabağ”dan ayrıla bilər - “Napoli” və “Borussiya” istəyir

2-12-2025, 15:34 9 dəfə baxılıb

 

Qarabağ”ın qapıçısı Mateuş Koxalski qış “transfer pəncərəsi”ndə komandadan ayrıla bilər.

“Azerinews.az” xəbər verir ki, bu barədə Polşanın gol24.pl saytı məlumat yayıb.

Bildirilib ki, Çempionlar Liqasında yaxşı oyun sərgiləyən qolkiperin xidmətində “Napoli” və “Borussiya” (Dortmund) maraqlıdır. Almaniya təmsilçisi artıq bununla bağlı hərəkətə keçib və 25 yaşlı çərçivə qoruyucusunun meneceri ilə danışıqlara başlayıb.

İtalyanlar isə qış fasiləsində “Qarabağ”a rəsmi təklif göndərəcəklər.

Amma nə adıçəkilən klublar, nə də “Qarabağ” tərəfindən bu barədə rəsmi açıqlama verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031