"Qarabağ”dan “Ayaks”la matçdan öncə azarkeşlərə - Müraciət

2-12-2025, 15:38 8 dəfə baxılıb

 


UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində dekabrın 10-u keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşması üçün bilet satışlarının başlanmasına sayılı günlər qalır.

“Azerinews.az” xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq. Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur.

Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq.

“Qarabağ”ı 10 dekabrda Tofiq Bəhramov adına Respublika Stadionunda canlı olaraq dəstəkləmək istəyən azarkeşlərə, biletlərin yüksək tələbat səbəbilə qısa müddətdə tükənə biləcəyini nəzərə alaraq, rəsmi məlumat axınını diqqətlə izləmələri tövsiyə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930