Azərbaycan klubu ölkə çempionatının oyununa çıxmaqdan imtina edib

15-12-2025, 17:09 9 dəfə baxılıb

 

Azərbaycan II Liqasında mübarizə aparan "Şəki" klubu çempionatın XIII turunda qarşılaşmalı olduğu "Qaradağ Lökbatan"la oyuna çıxmayacaq.

"Azerinews.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.

Sözügedən matç bu gün saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilməli idi.

Qeyd edək ki, "Şəki" II Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031