Donnarumma ilin ən yaxşı qapıçısı seçilib

16-12-2025, 19:16 5 dəfə baxılıb

 

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) versiyasına görə, Canluici Donnarumma ilin ən yaxşı qapıçısı seçilib.

"Azerinews.az" xəbər verir ki, bu barədə FIFA rəsmi məlumat yayıb.

İtaliyalı qapıçı ötən mövsüm PSJ-nin heyətində UEFA Çempionlar Liqasının (ÇL), Fransa çempionatının və Fransa Kubokunun qalibi olub.

Məşhur qolkiper ÇL-də 17 oyundan 15-də start heyətində meydana çıxıb və altı görüşdə qapısını toxunulmaz saxlayıb. Donnarumma ÇL-in simvolik komandasına da daxil edilib. Qapıçı, həmçinin Fransa çempionatında 24 oyun keçirib və turnirin ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, italiyalı qapıçı sentyabrda PSJ-dən "Mançester Siti"yə transfer olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031