Ekvadorda futbolçunu güllələdilər

18-12-2025, 11:05 7 dəfə baxılıb

 

Ekvardorun “Barselona” klubunun futbolçusu Mario Pineyda qətlə yetirilib.

“Azerinews.az” xəbər verir ki, 33 yaşlı futbolçu mağazanın yaxınlığında hücuma məruz qalıb. 

Hadisə Quayakil şəhərində baş verib. Silahlılar Pineydaya bir neçə atəş açıb. Nəticədə futbolçu həyatını itirib. 

Ekvador mətbuatının yazdığına görə, futbolçunun həyat yoldaşı da qətlə yetirilib, anası isə yaralanıb. 

Qeyd edək ki, Mario Pineyda 10 ildir ki, “Barselona”da çıxış edirdi. O, iki dəfə klubla ölkə çempionu olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031