“Nəinki Azərbaycan, heç Rusiya mətbuatını da izləmirəm” - Kurban Berdıyev

19-12-2025, 17:51 6 dəfə baxılıb

 

"

Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.

“Azerinews.az” xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra tovuzluların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı olub.

Türkmənistanlı çalışdırıcı 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Bu il çempionatda son oyun idi və çox vacib idi. Uşaqlar da bu məsuliyyəti dərk edirdi. Bir çox zədəli oyunçularımız var idi, öz mövqelərində oynamırdılar. Bu vacib qələbəyə görə futbolçularımı təbrik edirəm. Kifayət qədər təcrübəli məşqçiyəm, keçən oyunda azarkeşlərin “istefa” çağırışlarına fikir vermirdim. Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031