Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

20-12-2025, 17:59 7 dəfə baxılıb

 

Türkiyənin Kocaeli vilayətində silahlı hücuma məruz qalan "Sultanbeyli Belediyespor" klubunun futbolçusu Uğurcan Bekçi həyatını itirib.

Bu barədə "Azerinews.az" "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, dekabrın 17-də baş verən hadisə zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən futbolçu üç gün sonra ölüb.

Qeyd edək ki, dekabrın 17-də Ömer Türkçakal Bulvarında hələlik məlum olmayan səbəbdən iki qrup arasında mübahisə yaranıb. Daha sonra mübahisə silahlı davaya çevrilib, 27 yaşlı futbolçu Uğurcan Bekçi, həmçinin 27 yaş və 31 yaşlarında daha iki şəxs silahla vurulublar. Onların hər üçü yaralanıb. Atışmada Uğurcan Bekçinin ayağından yara aldığı və vəziyyətinin ağır olduğu, əməliyyata ehtiyacı olduğu bildirilib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Daha əvvəl "Kağıtspor", "Körfez Spor Kulübü", "Belediye Derincespor", "24 Erzincanspor", "Ankara Keçiörengücü" kimi komandalarda oynamış, ən son III Liqada "Sultanbəyli Belediyespor"da forma geyən 27 yaşlı cinah oyunçusu Uğurcan Bekçinin vəziyyəti ağırlaşıb. Lakin bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı iki nəfər həbs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930