Azərbaycan Kapoeyra Federasiyasının nümayəndələri mühüm beynəlxalq vəzifələrə seçiliblər

22-12-2025, 13:41 11 dəfə baxılıb

 

Ümumdünya Kapoeyra Federasiyasının (WCF) Ümumi Yığıncağı və Hesabat-Seçki Konfransı keçirilib.

"Azerinews.az" xəbər verir ki, konfransda federasiyanın növbəti dövr üçün idarəetmə orqanları formalaşdırılıb. Seçkilərdə ABŞ, Azərbaycan, Braziliya, Finlandiya, Estoniya, Peru, Benin və Honq Konq kimi ölkələri təmsil edən namizədlər iştirak ediblər.

Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Kapoeyra Federasiyasının nümayəndələri mühüm beynəlxalq vəzifələrə seçiliblər. Belə ki, Cəmil Hüseynov Ümumdünya Kapoeyra Federasiyasının (WCF) 1-ci vitse-prezidenti, Elgiz Əlizadə qurumun Baş katibi və İdarə Heyətinin üzvü vəzifəsinə seçilib.

Bu nəticələr Azərbaycanda kapoeyranın son illər ərzində sistemli inkişafının göstəricisi olmaqla yanaşı, idman sahəsində həyata keçirilən dövlət siyasətinin və federasiyalara göstərilən dəstəyin real nəticələrini əks etdirir.

Ümumdünya Kapoeyra Federasiyasının (WCF) yeni prezidenti isə Rodriqo Furbino Qomes (ABŞ) olub. O, federasiyanın növbəti dövr üzrə fəaliyyətinə rəhbərlik edəcək və WCF-nin beynəlxalq inkişaf strategiyasının icrasında əsas rol oynayacaq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031