Kasparovla bağlı qiyabi həbs qərarı verildi

23-12-2025, 14:37 9 dəfə baxılıb

 

Rusiyada erməni şahmatçı Harri Kasparov barəsində qiyabi həbs qərarı verilib.

“Azerinews.az” RBK-ya istinadən xəbər verir ki, Moskvanın Zamoskvoretski məhkəməsi onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi üzrə - terrorla bağlı ictimai çağırışlar etməkdə, terrora ictimai şəkildə bəraət qazandırmaqda və ya təbliğat etməkdə təqsirli bilib.

Məlumata görə, istintaq müvafiq vəsatəti 22 dekabr tarixində təqdim edib. Vəsatət elə həmin gün təmin olunub. Məhkəmə qərarı dekabrın 26-sı qüvvəyə minməlidir.

Bu maddə üzrə maksimum cəza 7 il müddətinə azadlıqdan məhrumetmədir.

Xatırladaq ki, hazırda ABŞ-də yaşayan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov ötən il Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib. Daha əvvəl Komi məhkəməsi onunla bağlı qiyabi həbs qərarı çıxarıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031