Azərbaycan Premyer Liqasında 17 il sonra ilk yaşanıb

23-12-2025, 14:47 6 dəfə baxılıb

 

"Sabah" futbol üzrə Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub.

"Azerinews.az"  xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

XVI turda "Sumqayıt"ı səfərdə 3:1 hesabı ilə məğlub edən bakılılar "qış çempionu" adına sahib çıxıblar.

Xallarının sayını 37-yə çatdıran "bayquşlar" son 4 mövsümün qış çempionu "Qarabağ"ı bir xal qabaqlayıb. Bu, "Sabah"ın tarixində ilk belə nəticədir.

Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komandadır. Sonuncu yeni qış çempionu 17 il əvvəl - 2008/2009 mövsümündə qeydə alınıb. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə "İnter" (indiki "Şamaxı") tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqləniblər.

Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb. "Qarabağ" hamıdan çox - 11 dəfə (2004/2005, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) fərqlənib.

"Neftçi" doqquz (1994/1995, 1996/1997, 2000/2001, 2001/2002, 2003/2004, 2010/2011, 2011/2012, 2018/2019, 2020/2021), "Kəpəz" (1993/1994, 1997/1998, 1998/1999) və "Şamaxı" (2008/2009, 2009/2010, 2012/2013) hərəyə üç, "Xəzri" (1995/1996), "Şəmkir" (1999/2000), "Karvan" (2005/2006), "Xəzər Lənkəran" (2006/2007) və "Şüvəlan"ın (2007/2008) bir belə uğuru var.

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930