Asensio “Fənərbaxça”dan ayrıla bilər

27-12-2025, 12:59 5 dəfə baxılıb

 

"Fənərbaxça”nın yarımmüdafiəçisi Marko Asensio yenidən İspaniya  La Liqada çıxış edə bilər.

“Azerinews.az” xəbər verir ki, İspaniyanın “Sevilya” klubu təcrübəli futbolçunun transferi ilə maraqlanır.

“AS” nəşrinin məlumatına görə, “Sevilya” 29 yaşlı ispan oyunçu üçün yanvar transfer pəncərəsində “Fənərbaxça”ya rəsmi təklif göndərməyi planlaşdırır. Hücumçunun özünün də ölkəsinə qayıtmaqda maraqlı olduğu iddia edilir. 

Qeyd edək ki, Asensio mövsümün əvvəlində Paris Sen-Jermendən türk klubuna 7,5 milyon avroya transfer olunub. O, cari mövsümdə “Fənərbaxça”nın heyətində keçirdiyi 19 rəsmi qarşılaşmada 9 qola imza atıb və 5 asistlə yadda qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031