Arda Güler üçün 80 milyon avroluq təklif

2-01-2026, 20:21 6 dəfə baxılıb

 

"Arsenal" komandası "Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Gülerə "elçi düşüb".

"Azerinews.az"  "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mikel Arteta Arda Gülerin oyun tərzini çox bəyənir və onu komandasında görməyi çox istəyir.

Belə ki, İngiltərə təmsilçisi Arda Güler üçün 80 milyon avroluq təklif hazırlayıb. Lakin Xabi Alonso bu keçidə razılıq verməyib. O, A.Güleri komandasının əsas oyunçularından hesab edir.

Qeyd edək ki, Arda Güler bu il meydana çıxdığı bütün oyunlarda üç qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real Madrid"lə 2029-cu ilin yayına qədər müqaviləsi var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031