Azərbaycan karateçisi Tbilisidə keçirilən turnirdə gümüş medal qazanıb

11-01-2026, 08:24 7 dəfə baxılıb

 

Azərbaycan karateçisi Mədinə Sadıqova Dünya Karate Federasiyasının (WKF) Tbilisidə təşkil etdiyi beynəlxalq turnirdə gümüş medal qazanıb.


"Azerinews.az" xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı çıxış etdiyi 5 yarışda rəqiblərinə şans verməyib.


Həlledici mərhələdə iranlı karateçiyə kiçik fərqlə məğlub olan idmançımız ikinci yeri tutaraq gümüş medal qazanıb.


Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edir. Bu mötəbər yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031