FIFA prezidenti martda təşkil edəcəyi turnirlərlə bağlı fikirlərini bölüşüb

27-02-2024, 11:15 6 dəfə baxılıb

 FIFA prezidenti Canni İnfantino qurumun martda təşkil edəcəyi turnirlərlə bağlı fikirlərini bölüşüb.

“Report”un məlumatına görə, funksioner FIFA Seriyası adlanan yarışın milli komandalar üçün qlobal səviyyədə irəliyə doğru müsbət addım olduğunu bildirib.

“Üzv assosiasiyalarımız uzun müddətdir ki, dünyanın hər yerindən olan həmkarlarına qarşı özlərini sınamaq istədiklərini bizə deyirlər. Hazırda bunu beynəlxalq matç təqvimi çərçivəsində edə bilərlər. Daha mənalı oyunlar futbolçular, komandalar və azarkeşlər üçün qarşılıqlı əlaqəni təmin edəcək və oyunun inkişafına töhfə verəcək”, - İnfantino vurğulayıb.

Qeyd edək ki, martda Əlcəzair, Azərbaycan, Səudiyyə Ərəbistanı və Şri-Lankada turnir gerçəkləşəcək. Bakıdakı yarışda millimizlə yanaşı, Monqolustan, Tanzaniya və Bolqarıstan mübarizə aparacaq. Yığma Monqolustan və Bolqarıstan kollektivləri ilə üz-üzə gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930