"Qarabağ"ın futbolçusu ölkə xaricində əməliyyat olunacaq

5-12-2023, 11:36 6 dəfə baxılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə keçirilən oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina ölkə xaricində əməliyyat olunacaq.

Bu barədə "Azerinews.az" saytına "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

O, konkretləşmədiyi üçün həmin ölkənin adını açıqlamayıb: "İlkin müayinədən sonra Medinanın 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Amma dəqiq məlumat əməliyyatdan sonra bilinəcək".

Qeyd edək ki, kolumbiyalı müdafiəçi görüşün 75-ci dəqiqəsində əvəzlənib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hazırda "Qarabağ" 7 xalla ikinci pillədə yer alıb. Eyni xala malik Norveç təmsilçisi üçüncüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031